AZ

Rumıniyada NATO dəniz qüvvələrinin "Sea Shield 24" təlimi başlayıb

Rumıniyada NATO dəniz qüvvələrinin “Sea Shield 24” ("Dəniz Qalxanı"-2024) təlimi başlayıb.AFN.az-ın Rumıniya radiosuna istinadən verdiyi məlumata görə, təlimdə təşkilatçı ölkədən əlavə, alyansın üzvü olan 12 ölkə və onların tərəfdaşları - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika - 27 dəniz və çay gəmisi, 17 təyyarə, 91 nəqliyyat vasitəsi və su gəmisi cəlb olunub. Təlim aprelin 21-də başa çatacaq.“Biz sualtı qayıqlara, su səthində, eləcə də Qara dənizdə və çayın məsuliyyət zonasında aviasiyaya qarşı əməliyyat prosedurlarını həyata keçirəcəyik”, - deyə Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, vitse-admiral Mihai Panait radioya müsahibəsində bildirib. Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada qeyd edilir ki, “Sea Shield 24” bu il Rumıniya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi ən böyük təlimdir: "Bu təlimlər Rumıniyanın təşəbbüslərini və maraqlarını regional və beynəlxalq miqyasda təşviq etməyə, həmçinin iştirakçı ölkələrin qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa kömək edir”, - deyə məlumatda qeyd edilir.Çoxmillətli "Dəniz Qalxanı" təlimi ilk dəfə 2015-ci ildə keçirilib və təlimin ssenarisi regional təhlükəsizlik və sabitliyə bütün təhdidlərə tez və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.

Seçilən
252
15
Mənbələr
Şərh ()
Bağla