AZ

Sorğu: ABŞ-da hakimiyyət bölgüsü yaxşı işləmir.

Amerikalıların yarıdan çoxu hesab edir ki, hazırda ABŞ-da hakimiyyət bölgüsü düzgün işləmir.Bunu Associated Press (AP) üçün NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, partiya mənsubiyyətindən asılı olmayaraq respondentlərin 53%-i prezident, ABŞ Konqresi və ABŞ məhkəmələri arasında hakimiyyət bölgüsünü təmin edən nəzarət və tarazlıq sisteminin öz işini lazımınca yerinə yetirmədiyini bildirib.

Sorğu iştirakçılarının 37%-i hesab edib ki, bu sistem hələ də müəyyən dərəcədə işləyir. Sorğu martın 21-dən 25-dək aparılıb. Ölkə üzrə 18 yaşdan yuxarı 1282 amerikalı iştirak edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp martın 10-da bildirib ki, hazırkı dövlət başçısı Co Bayden 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə siyasi rəqibini təqib etmək üçün prezidentlik səlahiyyətlərindən sui-istifadə edir. Martın 4-də Tramp ona qarşı bütün ittihamların Ağ Ev və şəxsən Bayden tərəfindən koordinasiya edildiyinə əminliyini ifadə edib.

İlkin Nəcəfzadə
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
318
17

1Mənbələr

Şərh ()
Bağla