AZ

NATO dəniz qüvvələrinin “Sea Shield 24” təlimi başlayıb

Rumıniyada NATO dəniz qüvvələrinin “Sea Shield 24” təlimi başlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, təlimlərdə Rumıniyadan başqa NATO-ya üzv 12 ölkə və onların tərəfdaşları iştirak edir: Böyük Britaniya, Yunanıstan, Bolqarıstan, İtaliya, Moldova, Gürcüstan, Portuqaliya, Hollandiya, Polşa, ABŞ, Fransa və Türkiyə.

Eyni zamanda, Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 vahid hərbi texnika - 27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və su gəmisi cəlb olunub.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, vitse-admiral Mihai Panait bildirib ki, ölkələr Qara dənizdə sualtı qayıqlara, su səthində və aviasiyaya qarşı əməliyyat prosedurlarını tətbiq etməyə hazırlaşır.

Seçilən
243
15
Mənbələr
Şərh ()
Bağla