AZ

"ABŞ və Avropa İttifaqı heç bir ölkəyə sülh və əmin-amanlıq aparmır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Avropa İttifaqının missiyasının Ermənistan parlamenti tərəfindən təsdiq edilməsi regionda Qərbin həyata keçirmək istədiyi dağıdıcı niyyətlərinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, belə ki, missiyanın Ermənistanda monitorinqlərin aparılması əvvəllər az kontingentlə və qısa müddətli nəzərdə tutulsa da, sonradan Ermənistan və Aİ Azərbaycanla razılaşmadan çıxaraq birtərəfli şəkildə uzunmüddətli olmaqla kontingentin sayını iki dəfəyə qədər artırdı: "Aİ-nın misiyası ilk baxışdan mülki geyimdə görünsə də, onlar kəşfiyyat sahəsində təcrübəsi olan hərbiçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. Ona görə də zamanla sərhədimizə gəlir, binokolla məlumatlar toplayır və fotoaparatla qeydiyyata alırlar. Təbii ki, Aİ missiyasının bu hərkətləri Azərbaycana qarşı yönəlmişdir və qəbul olunan deyil. Çünki, onların Ermənistan tərəfində dayanaraq ölkəmizlə bağlı məlumatların toplanması daxili işlərimizə qarışması deməkdir.

İndi isə Ermənistan ABŞ-ın hərbi bazasının yerləşdirilməsinə çalışır. Ona görə də 5 apreldə Brüsseldə üçtərəfli görüş keçiriləcək və həmin görüşdə Ermənistanın təhlükəsizliyinə zəmanət aktının imzalanacağı gözlənilir. Ermənistan dövlət rəhbərliyi qorxunc oyunlar oynamağa başlayıb. Belə ki, ölkəsini beynəlxalq güclərin maraqlarının toqquşduğu hərbi poliqona çevirmək niyyətini reallaşdırmağa çalışır. Təbii ki, bütün bu proseslər sərhədimizdə baş verdiyindən ölkəmizi də narhat etməyə bilməz. Ona görə də ölkə ərazilərimizin qorunmasını həmişəkindən də daha çox gücləndirməliyik".

Onun sözlərinə görə, ABŞ və Aİ bazasının Ermənistanda yerləşdirilməsi İran və Rusiyanın maraqlarına da uyğun deyil: "Çünki, faktiki olaraq uzun illərdir ki, Rusiyanın hərbi bazası Ermənistandadır. ABŞ hərbiçilərinin Ermənistana daxil olması ilk növbədə Rusiyaya qarşı yönəlmiş addımdır. Ona görə də Rusiyanın müvafiq orqanları Ermənistanın Qərbyönümlü hərkətlərinə görə Paşinyanı xəbərdar edir. Əgər Paşinyan düşündüyü senarini dəyişməzsə, Rusiyanın qəzəbinə tuş gələcək və bunu Ermənistanda yaşayan hər bir erməni hiss edəcəkdir.

Ermənistan rəhbərliyinin Qərbyönümlü hərkətləri İranı da narahat etməyə bilməz. Çünki, İran uzun illərdir ki, Qərbin sanksiyaları altındadır. O cümlədən, ABŞ İranda çevrilişlər etməyə da cəhd etmişdir. İndi ABŞ hərbi bazasının İran sərhədinə yaxınlaşması İranın təhlükəsizliyinə böyük təhlükə olacaqdır. Bu baxımdan yaxın dövrdə İran-Ermənistan münasibətlərində də bir çat yaranacağı gözləniləndir. Belə ki, Qərb Ermənistanda mövqelərini möhkəmlətdikcə Ermənistan, Livan, Ukrayna və digər dağılmış ölkələrin gününə düşəcəkdir. Çünki ABŞ və Avropa İttifaqı heç bir ölkəyə sülh və əminamanlıq aparmır".

Müəllif: Söylü Ağazadə
Seçilən
120
36
Mənbələr
Şərh ()
Bağla