AZ

Bölgədə vəziyyət kontroldan çıxa bilər: Mümkün SSENARİ – Böyük güclərin planı

“Ermənistan Rusiyaya qarşı ritorikasını sərtləşdirəcək, Rusiyanın Ermənistanda hərbi-siyasi gücünün sıfırlanması üçün praktik addımlar atmağa məcbur olacaq”.

Bu fikiri Ermənistan Azərbaycan arasındalı gərginlik, ehtimal edilən toqquşmaları dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Ermənistan sərhəddə təxribatlar törədəcək.

“5 aprel mərhələsi Cənubi Qafqaz üzrə qlobal güclərin təsir dairələrinin genişləndirilməsi, Rusiyanın siyasi təsirini sıfırlaması üzərinə təsis etməsinin başlanğıc tarixidir. 5 aprel görüşəndə Ermənistanın qarşısına tələb qoyacaqlar. Əgər Ermənistan KTMT-dən, Avroasiya iqtiasi birliyindən çıxsa, Rusiya bazalarını Ermənistan ərazisindən çıxarsa, Qərbdən istədiyi dəstəyi alacaq”, – deyə o əlavə edib.

O qeyd edib ki, bunun fonunda Ermənistan Rusiyaya qarşı ritorikasını sərtləşdirəcək, Rusiyanın Ermənistanda hərbi-siyasi gücünün sıfırlanması üçün praktik addımlar atmağa məcbur olacaq:

“Azərbaycanla Ermənistan münasibətləri hələ ki açıq qalıb, sülh müqaviləsi yoxdur. Bu gün keçirilən görüşdə Azərbaycanın iştirak etməməsi, Qərbin yanaşması gərginliyi artıracaq. Bu istiqamətdə də Ermənistanın mümkün təxribatları gözlənilməlidir. Ermənistan Qərb tərəfdaşlarına göstərəcək ki, onun təhlükəsizliyi ilə bağlı problemlər var. Bunun üçün şərti sərhəddə təxribatlar həyata keçiriləcək. Lokal döyüşlər kontroldan çıxanda isə bu dəfə Ermənistanın yox, böyük güclərin planı dövriyəyə girəcək. İkinci cəbhə açılacaq. İkinci cəbhə isə Rusiya və Azərbaycana qarşı olacaq”.

Səxavət Məmməd

Seçilən
202
50
Mənbələr
Şərh ()
Bağla