AZ

Ramil Şeydayev 45 dəqiqə oynadı, darmadağına üzüldü - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF Birinci Liqanın 33-cü turu çərçivəsində “Bodrumspor”la qarşılaşıb.

Futbolçumuzun komandası səfərdə baş tutan bu görüşdə darmadağına üzülüb – 0:3.

Şeydayev bu oyuna start heyətdə başlayıb. O, fasilə ərəfəsində – 45-ci dəqiqədə əvəzlənib.

“Kocaelispor” bu nəticədən sonra 55 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 16 qələbəyə sevinib, 7 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 14 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
3
Mənbələr
Şərh ()
Bağla