AZ

Renat Dadaşov qol vurdu, komandası uduzdu - VİDEO

Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində “Hatayspor” “Başakşehir”i qonaq edib.

Meydan sahiblərinin heyətində çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov matçda komandasının yeganə qoluna imza atıb. Lakin bu Hatay klubuna kömək olmayıb. Belə ki, bunadək onlar artıq iki top buraxıblar - 1:2.

Qeyd edək ki, hazırda “Hatayspor” 33 xalla turbir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Onun rəqibi isə 54 xalla 4-cüdür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
11
Mənbələr
Şərh ()
Bağla