AZ

Renat Dadaşov “İstanbulspor”a qarşı 21 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində “İstanbulspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə ev oyunundan məğlubiyyətlə ayrılıb – 0:3. Hataylılar ilk hissəsi qolsuz bitən matçın ikinci hissəsində rəqibin qarşısını almaqda çətinlik çəkiblər.

Dadaşov bu oyunun 69-cu dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 32 turdan sonra 33 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 7 qələbə qazanıb, 12 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 27 oyun keçirib və 4 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
11
Mənbələr
Şərh ()
Bağla