AZ

Ramil Şeydayev üçün 58 dəqiqə və 3 xal - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF Birinci Liqanın 32-ci turu çərçivəsində “Bandırmaspor”la qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu görüşdən inamlı qələbə ilə ayrılıb – 3:1.

Şeydayev bu oyuna start heyətdə başlayıb. O, 58-ci dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən əvəzlənib.

“Kocaelispor” bu nəticədən sonra 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 16 qələbəyə sevinib, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 13 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla