AZ

İordaniya Qəzza ilə bağlı çağırış etdi

İordaniya İsrailin mühasirəsi altında olan Qəzza zolağındakı bütün quru keçidlərin açılması və Qəzzadakı "aclığa" son qoyulması ilə əlaqədar çağırış edib.
İordaniya xarici işlər naziri Eymen əs-Safedi  rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Qəzzadakı bütün quru keçidlər açılmalı və atəşkəs dərhal təmin olunmalıdır''.
Safedi bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün humanitar əməliyyatlara görə məsuliyyət daşımalıdır və Qəzza zolağındakı bölgələrə girişi təmin etməlidir.
Safedi həmçinin vurğulayıb ki, qəzzalıların aclığına son qoyulmalıdır.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 500-ü uşaq, 9 560-ı da qadın olmaqla 33 091 fələstinli həyatını itirib, 75 750 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Seçilən
136
5
Mənbələr
Şərh ()
Bağla