AZ

182-ci günündə Qəzzada həyatını itirənlərin sayı

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağında törətdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 91-ə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra İsrailin 182 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verərək bildirib: “Son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına etdiyi hücumlarda daha 54 fələstinli həyatını itirdi, 82 nəfər isə yaralandı.

İsrailin 2023-cü ilin 7 oktyabrdan bu yana Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 33 min 91, yaralılar 75 min 750-yə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Dağıntılar altında və yol kənarında hələ də ölənlər var, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçiləri cəsədlərə yaxınlaşa bimir”.

Seçilən
148
1
Mənbələr
Şərh ()
Bağla