AZ

Qəzzada can itkisi 33 min 91-ə yüksəldi

Qəzzada həyatını itirənlərin sayı 33 min 91-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, İsrailin 182 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 33 min 91-ə yüksəlib.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məlumat verib.

Qudra son 24 saatda daha 54 fələstinlinin həyatını itirdiyini, 82 fələstinlinin isə yaralandığını bildirib.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 33 min 91-ə yüksəldiyini ifadə edən Qudra, yaralı sayının 75 min 750-yə yüksəldiyini qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Qudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.


Elnur
BakuPost

Seçilən
157
13
Mənbələr
Şərh ()
Bağla