AZ

Jurnalist Qəzzada AYAĞINI İTİRDİ

Qəzzada "Ruptly" ilə əməkdaşlıq edən jurnalist Məhəmməd Əbo Dəhruc İsrailin hava hücumu nəticəsində ağır yaralanıb və ayağını itirib.

Publika.az xəbər verir ki, bu barədə sözügedən agentlik məlumat yayıb.

"Həmkarımız Məhəmməd Əbo Dəhruc hava hücumu zamanı Əl-Əqsa xəstəxanasının yaxınlığında işləyirdi. O, hazırda reanimasiya şöbəsindədir", - məlumatda deyilir.

Qeyd olunur ki, hava hücumu zamanı iki fələstinli həlak olub, bir neçə jurnalist isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
1
publika.az

10Mənbələr