AZ

Yüksək Liqa: “Azərreyl”, “Gəncə” və “Murov”dan asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün 19-cu tur çərçivəsində paytaxtda iki, Gəncədə isə bir görüş baş tutub.

Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Matça daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u sınağa çəkib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC – “Murov” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov” 3:0 hesablı qələbəyə sevinib.

Beləliklə, qadınların çempionatında turnir cədvəlinə “Azərreyl” 48 xalla (16 qələbə) liderlik edir. “Murov” 40 xalla (14 qələbə) 2-ci, “Abşeron” 39 xalla (13 qələbə) 3-cü, “Gəncə” 30 xalla (10 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
19-cu tur
2 aprel

“Gəncə” – “Abşeron” 3:0 (25:18, 25:20, 25:16)
“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:7, 25:19, 25:18)
UNEC – “Murov” 0:3 (5:25, 11:25, 10:25)

Seçilən
153
12
Mənbələr
Şərh ()
Bağla