AZ

Yüksək Liqa: “Azərreyl”, “Abşeron” və “Gəncə”dən asan qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, Yüksək Liqanın 18-ci turu çərçivəsində Bakıda iki, Gəncədə isə bir qarşılaşma baş tutub.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə” bu dəfə UNEC-i qonaq edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün növbəti görüşündə “Abşeron” və “Milli Aviasiya Akademiyası” kollektivləri üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan bu oyunda “Abşeron” 3:0 hesabı ilə qələbə qazanıb.

Turun son matçı eyni məkanda “Murov” və “Azərreyl” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib.

Beləliklə, qadınların yarışında turnir cədvəlinə “Azərreyl” 45 xalla (15 qələbə) liderlik edir. “Abşeron” 39 xalla (13 qələbə) 2-ci, “Murov” 37 xalla (13 qələbə) 3-cü, “Gəncə” 27 xalla (9 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
18-ci tur
26 mart

“Gəncə” – UNEC 3:0 (25:14, 25:9, 25:8)
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:19, 25:22, 25:14)
“Murov” – “Azərreyl” 1:3 (19:25, 17:25, 25:19, 23:25)

Seçilən
147
3
Mənbələr
Şərh ()
Bağla