AZ

Yüksək Liqa: “Azərreyl”dən asan, “Murov”dan çətin qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları baş tutub.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 17-ci tur çərçivəsində iki görüş keçirilib.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və “Murov” komandaları arasında olub. Gərgin keçən bu matçda 3:2 hesabı ilə “Murov” qələbə qazanıb.

Növbəti oyunda isə “Azərreyl” və “Gəncə” kollektivləri üz-üzə gəliblər. Bu qarşılaşma “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun son matçı martın 13-də UNEC və “Abşeron” klubları arasında olacaq.

Beləliklə, qadınların turnir cədvəlinə “Azərreyl” 42 xalla (14 qələbə) liderlik edir. “Murov” 37 xalla (13 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
17-ci tur
12 mart

“Milli Aviasiya Akademiyası” – “Murov” 2:3 (25:22, 16:25, 25:19, 15:25, 12:15)

“Azərreyl” – “Gəncə” 3:0 (25:22, 25:22, 25:19)

13 mart

18:00. UNEC – “Abşeron”

Seçilən
151
3
Mənbələr
Şərh ()
Bağla