AZ

“Azərreyl”dən əzmkar qələbə

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, günün yeganə matçı GİN-nin Voleybol Mərkəzində baş tutub.

Bu qarşılaşmada Yüksək Liqanın liderləri üz-üzə gəliblər. “Azərreyl” ən yaxın izləyicisi “Murov Az Terminal”la qarşılaşıb və azarkeşlər gərgin mübarizəyə şahidlik ediblər. 5 set davam edən oyunda "dəmiryolçular" böyük əzimkarlıq göstəriblər. “Azərreyl” hesabda 0:2 geri düşsə də, ardıcl 3 setdə qalib gəlib.

Qeyd edək ki, turun bir gün əvvəl baş tutan “Neftçi” - MOİK oyununda nominal meydan sahibləri 3:0 (25:22, 25:17, 27:25) hesablı qələbə qazanıb.

7 mart

Yüksək Liqa (kişilər)

17:00. “Murov Az Terminal” - “Azərreyl” - 2:3 (25:22, 27:25, 21:25, 23:25, 9:15)

GİN-nin Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
152
6
Mənbələr
Şərh ()
Bağla