AZ

“Fənər” də qələbə qazandı, “Efes” də

Basketbol üzrə Avroliqada 32-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, evdə “Valensiya”nı məğlub edən “Makkabi” ardıcıl 6-cı qələbəsini qazandı. Türkiyə klublarından “Efes” “Baskoniya”nın qonağı idi. Qələbə qazanan “pivəçilər” növbəti mərhələyə adlamaq şansını davam etdirir. “Fənərbaxça” “Alba”nı qəbul etdi və mövsümdəki 20-ci qələbə sayəsində pley-off şansını bir qədər də artırdı.

Makkabi T-Ə (İsrail) – Valensiya (İspaniya) 95:80 (21:20, 27:18, 23:20, 24:22)
Jalgiris (Litva) – Milan (İtaliya) 87:73 (14:17, 21:20, 24:17, 28:19)
ASVEL (Fransa) – Monako (Fransa) 77:87 (12:23, 28:21, 21:12, 16:31)
Partizan (Serbiya) – Olimpiakos (Yunanıstan) 69:74 (22:17, 18:15, 19:14, 10:28)
Bavariya (Almaniya) – Barselona (İspaniya) 79:87 (19:25, 11:22, 23:24, 26:16)
Baskoniya (İspaniya) – Efes (Türkiyə) 76:97 (22:32, 23:17, 8:28, 23:20)
Fənərbaxça (Türkiyə) – Alba (Almaniya) 103:68 (34:18, 18:22, 31:13, 20:15)
Virtus B (İtaliya) – Panatinaikos (Yunanıstan) 79:81 (16:28, 23:23, 20:14, 20:16)
Real (İspaniya) – Srvena Zvezda (Serbiya) 101:94 (20:21, 24:26, 28:28, 29:19)

Xal durumu: Real – 58, Panatinaikos, Monako, Barselona - 53, Fənərbaxça, Olimpiakos – 52, Makkabi T-Ə - 51, Virtus B – 49, Baskoniya – 48, Efes – 47, Jalgiris, Milan, Partizan, Valensiya – 46, Bavariya – 45, Srvena Zvezda – 43, ASVEL – 39, Alba – 37.

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla