AZ

“Efes” qələbə qazandı, “Fənərbaxça” isə uduzdu

Basketbol üzrə Avroliqada 26-cı turun oyunları keçirildi.

Türkiyə klublarından “Efes” “Makkabi”ni qəbul etdi və inamlı qələbə qazandı. “Fənərbaxça” isə prinsipial oyunda “Panatinaikos”la qarşılaşdı. Təəssüf ki, “sarı-lacivərdlilər” məğlubiyyətlə barışdı.

Turun maraqlı məqamlarından biri kimi lider “Real”ın mövsümdə 4-cü məğlubiyyəti “Milan”dan almasını qeyd etməliyik.

Efes (Türkiyə) - Makkabi T-Ə (İsrail) 105:91 (29:27, 21:24, 27:24, 28:16)
Baskoniya (İspaniya) – ASVEL (Fransa) 94:80 (23:20, 29:19, 19:22, 23:19)
Valensiya (İspaniya) – Olimpiakos (Yunanıstan) 65:78 (19:21, 20:19, 9:20, 17:18)
Milan (İtaliya) – Real (İspaniya) 81:76 (23:19, 25:10, 18:25, 15:22)
Partizan (Serbiya) – Bavariya (Almaniya) 78:79 (23:26, 22:15, 18:18, 15:20)
Srvena Zvezda (Serbiya) – Jalgiris (Litva) 91:93 (22:23, 23:22, 20:23, 26:25)
Panatinaikos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 74:63 (13:21, 25:9, 19:17, 17:16)
Barselona (İspaniya) – Alba (Almaniya) 93:77 (31:26, 20:13, 29:12, 13:26)
Virtus B (İtaliya) – Monako (Fransa) 78:80 (16:21, 19:24, 19:15, 24:20)
Xal durumu: Real – 48, Barselona – 44, Panatinaikos, Monako, Virtus B – 42, Olimpiakos, Fənərbaxça – 41, Baskoniya – 40, Valensiya, Makkabi T-Ə – 39, Partizan – 38, Milan, Jalgiris, Efes, Bavariya – 37, Srvena Zvezda – 36, ASVEL, Alba – 31.

Seçilən
131
2
Mənbələr
Şərh ()
Bağla