Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.Gender.az-ın Modern.az-a istinadən məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:- İsa Həbibbəyli - 74 yaş- Sədaqət Vəliyeva - 70 yaş- Oqtay Əsədov - 69 yaş- Vahid Əhmədov - 76 yaş- Fəzail Ağamalı - 76 yaş- Sabir Rüstəmxanlı - 78 yaş- Tahir Kərimli - 68 yaş- Aqiyə Naxçıvanlı - 66 yaş- Bəxtiyar Sadıqov - 72 yaşPensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта