AZ

Müxalifət seçki öncəsi Saakaşvilinin hərəkatına qoşuldu

Müxalif “Avropa Gürcüstanı” siyasi partiyası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid Milli Hərəkatı"a (VMM) daxil olub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkatı" nümayəndəsi Tina Bokuçava deyib.

“Biz daha da güclənirik, ona görə ki, başqa bir qərbyönlü, avropapərəst partiya “Avropa Gürcüstanı” və onun lideri Gigi Tsereteli seçkilər öncəsi Vahid Milli Hərəkatına qoşulur. O, Gürcüstan siyasətində təcrübəli siyasətçilərdən biridir”.
Bundan əvvəl Saakaşvilinin hərəkatına “Aqmaşenebeli Strategiya” partiyası və bir neçə müxalifətçi siyasətçi qoşulub. Gürcüstan parlamentinə seçkilər oktyabrın 26-da keçiriləcək.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
30
teleqraf.com

10Mənbələr