AZ

24 ildir deputat olan Siyavuş Novruzovun rəqibləri: Müəllim, pensiyaçı, idmançı...

2 saylı Şərur - Kəngərli seçki dairəsindən deputatlığa namizəd Siyavuş Novruzovun maraqlı rəqibləri var. 

Bizim.Media “azxeber.com”a istinadən xəbər verir ki, siyahıya nəzər saldıqda 2000-ci ildən Milli Məclisin deputatı olan Novruzov üçün 1 sentyabr Parlament seçkilərində də yaşıl işıq yandırıldığını demək mümkündür. 

Belə ki, YAP-çı deputatın 10 rəqibi var. Onlardan 4 nəfəri müəllim, 3 nəfəri pensiyaçı, 1-i peşəkar döyüş liqasının vitse-prezidenti, 1-i mənzil istismar səhəsinin əməkdaşı, 1-i isə şirkət təsisçisidir. 

Müxalif partiyalardan yalnız Ümid Partiyası Siyavuş Novruzova qarşı rəqib çıxarıb.  

Qeyd edək ki, Siyavuş Novruzov 24 ildir ki, deputatdır. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
30
bizim.media

10Mənbələr