Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.
O, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.
Vocitski keçən il açıqlamışdı ki, o ailəsinə, sağlamlığına və digər şəxsi layihələrinə diqqət yetirmək üçün "YouTube"da liderlik rolundan geri çəkilir. Suzan Vocitski doqquz il (2014-2023) "YouTube"un baş direktoru vəzifəsində çalışıb.
O, "YouTube"un ana şirkəti "Google" ilə ilk günlərdən çalışıb və bu şirkətin 16-cı işçisi olub. Təxminən 25 il "Google"la əməkdaşlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31