AZ

"YouTube"un keçmiş CEO-su vəfat etdi

"YouTube"un keçmiş CEO-su Suzan Vocitski vəfat edib.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

O, iki ildir ki müalicə olunduğu ağ ciyər xərçəngindən vəfat edib.

Vocitski keçən il açıqlamışdı ki, o ailəsinə, sağlamlığına və digər şəxsi layihələrinə diqqət yetirmək üçün "YouTube"da liderlik rolundan geri çəkilir. Suzan Vocitski doqquz il (2014-2023) "YouTube"un baş direktoru vəzifəsində çalışıb.

O, "YouTube"un ana şirkəti "Google" ilə ilk günlərdən çalışıb və bu şirkətin 16-cı işçisi olub. Təxminən 25 il "Google"la əməkdaşlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
15
musavat.com

10Mənbələr