"Şamaxı" Azərbaycan Premyer Liqasının birinci turunu səfərdə keçirməli olacaq.
Öncədən açıqlanan təqvimə əsasən bölgə klubu doğma divarlar arasında "Sabah"ı qonaq etməliydi.
Amma "tələbələr"in rəhbərliyi Konfrans Liqasında iştiraklarını nəzərə alaraq qarşı tərəfdən oyunun Bakıda keçirilməsini xahiş ediblər.
"Şamaxı" tərəfi müraciətə müsbət reaksiya verib.
Peşəkar Futbol Liqası ən qısa müddətdə bu barədə qərarını rəsmi açıqlayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ