AZ

“Təslim olmadıq" - "Sabah"ın sloveniyalı forvardı

"Sabah"ın forvardı Pavel Safronka Sportinfo.az açıqlama verib.

Sloveniyalı legioner ilk olaraq Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ı məğlub etdikləri matç haqqında danışıb:

"Biz oyuna böyük enerji ilə başladıq. İlk hissədə hesabda geri düşsək də, təslim olmadıq.

Əsl komanda ruhu nümayiş etdirərək, oyunu dəyişə bildik. Bunun da nəticəsində bizə lazım olan 3 xalı qazanmağı bacardıq".

30 yaşlı hücumçu qarşılaşmada vurduğu qolla həm də Premyer Liqadakı qol hesabını açdı. O, baxımlı alınan dəqiq zərbəsi barədə də söz açıb:

"Vurduğum qolu baxımlı olaraq dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Qol vurmaq həmişə xoşdur.

Buna görə şadam. Lakin ən əsas olan komandamın 3 xal qazanmasına yardım etməyimdir".

XANOĞLAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
sportinfo.az

10Mənbələr