AZ

"Kəpəz" bugünkü oyuna 4 itki ilə çıxacaq

Misli Premyer Liqasının 5-ci turunda bu gün "Sabah"ı qəbul edəcək "Kəpəz" oyuna itkilərlə çıxacaq.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmir Tağıyev, Tural Rzayev, Rojerio Santos və Elgün Bayramov bugünkü matçda iştirak edə bilməyəcək.

Bu futbolçuların hamısının zədəli olduğu bildirilib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Sabah" matçı saat 18:30-da başlayacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
bizim.media

10Mənbələr