UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.
***
Bakı vaxtı ilə saat 20:00-da "Qarabağ" - "Linkoln" matçı start götürüb.
“Qarabağ” hesabı açır. 17-ci dəqiqədə Olaviyo Juninyo fərqlənir.
***
Olaviyo Juninyo 31-ci dəqiqədə dubl edir. “Qarabağ” - “Linkoln” 2:0
***
44-cü dəqiqədə Juninyo 3-cü qola imza atıb: 3 - 0
***
66-cı dəqiqədə Benzia 4-cü qola imza atıb: 4 - 0
****
72-ci dəqiqədə Andredə növbəti dəfə rəqibi məyus edib: 5 - 0