AZ

Tənhalıqda xoşbəxt olmağın 5 qaydası...

Sizin sevgiliniz yoxdur? Bu o demək deyil ki, siz xoşbəxt insan ola bilməzsiniz! Həyatdan tam məmnunluq hissinə həm də tənhalıqda nail olmaq mümkündür.
 
Moderator.az xəbər verir ki, bu barədə "belnovosti.by" nəşri yazıb.
 
Məqalədə qeyd edilir ki, bunun üçün bir neçə sadə qaydalara əməl etmək lazımdır.
 
1.Tənhalığın normal olduğunu anlamalı
 
Sevgilisi və ya tərəf-müqabili olmayan insan ilk növbədə öz tənhalığını qəbul etməlidir.
 
Tərəf-müqabilinin olmamasının tamamilə normal hal olduğunu anlamaq gərəkdir.
 
Hələ də ailə qurmamağınıza görə narahat olmaq lazım deyil. "Kimsəni tapmaq" xatirinə axtarmağa gərək yoxdur.
 
Ən maraqlısı odur ki, tənhalığın qəbul edilməsi bir çox hallarda ona gətirib çıxarır ki, təmkinini  saxlayanlar hər halda öz sevgisini tapır.
 
2. Əyləncələr tapmalı
 
Müxtəlif hobbilər insana sevinc və fəallıq gətirir. Zamanınızı havayı itirmək hissi yox olur.
 
3. Əldən verilmiş imkanlara əhəmiyyət verməməli
 
Xoşbəxtliyin sirlərindən biri malik olduqlarımızı dəyərləndirmək bacarığımızdır.
 
Keşmişin uğursuzluqlarını unutmağa çalışın. Belə düşüncələrdən vaz keçin: "Mən o zaman düzgün hərəkət etsəydim, indi hər şey başqa cür olacaqdı..."
 
Nail olduğunuz uğurlara diqqət yetirin, yəqin ki, uğurlarınız az olmayıb.
 
4. Özünüzə qayğı göstərməli
 
Əgər qayğı göstərməyə kimsəniz yoxdursa, özünüzə diqqət yetirin. 
 
Öz zahiri görünüşünüzə diqqətdən başlayın, idmanla məşğul olub, özünüzə hədiyyə edin və s.
 
Belə strategiya özünüinkişafa və xoşbəxtlik hissinə kömək edəcək.
 
5. İnsanların çox olduğu yerləri ziyarət edin
 
Tərəf-müqanilinizin olmaması parklar, çimərliklər, teatrlar, muzeylər, kafe və restoranları ziyarət etməmək üçün səbəb deyil. 
 
Tez-tez ictimai yerləri ziyarət edin, orada kimlərsə də söhbətləşin, o zaman siz özünüzü tənha hiss etməyəcəksiniz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
49
moderator.az

10Mənbələr