AZ

Bakıda 9 məktəbdə əsas təmir işləri aparılır

Bakıda 9 təhsil müəssisəsində əsaslı təmir işləri aparılır. Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.  
 
"Paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir. Ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir", - məlumatda deyilir. 

Bundan əvvəl Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
 
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb
 
İyulda elm və təhsil naziri Emin Əmrulayyev açıqlayıb ki, Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bu rəqəm daha əvvəl 800 olub. 
 
Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
49
anews.az

10Mənbələr