Bakı. Trend:
İyulun 22-də saat 19:50 radələrində ADY-na məxsus sürətlisərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yolkənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideyninnəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
Azərbaycan Dəmir Yollarından Trend-ə bildirilib ki, maşinist tərəfindən təcilitormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadasıçağırsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasınıdəyişib.