AZ

Xırdalanda sürət qatarı azyaşlını vurub

Bu gün saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.

Mia.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib. Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
38
mia.az

10Mənbələr