AZ

SON XƏBƏR: Qatar Xırdalanda azyaşlı uşağı vurub öldürdü - ADY açıqlama yaydı

22 iyul tarixində saat 19:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
45
turkustan.az

10Mənbələr