RU

NATO-nun 75 illiyi

...Liderlər 1949-cu ildə Vaşinqtonda 12 ölkənin “Şimali Atlantika Müqaviləsi”ni imzalaması ilә qurulan NATO-nun 75illiyini qeyd etmək üçün ABŞ-da bir araya gəlmişdilәr. 32 üzvә malik olan NATO hazırda böyük problemlərlə üz-üzədir. Strateji olaraq özünü yenidən mövqeləndirmə prosesində olan hərbi ittifaqa üzv olan dövlәtlәrarasındakı münasibətlər vә hərbi xərclər böyük әhәmiyyәt kәsb edir.

SİA xatırladır ki, 1949-cu ildə 12 ölkənin Vaşinqtonda “Şimali Atlantika Müqaviləsi”ni imzalaması ilә qurulan NATO üzv sayını 32-yә çatdırıb. Avropanı Sovet İttifaqınıntəhlükəsindən qorumaq üçün qurulan hərbi ittifaq Soyuq Müharibədən sonra Sovet İttifaqının süquta uğraması ilәuzun müddət strateji qeyri-müəyyənlik yaşadı. Lakin sonradan qlobal terrorla mübarizədə böyük rol oynayan alyans artan Rusiya- Çin təhlükəsinə qarşı özünü yenidən formalaşdırmağa çalışır.

•NATO bu gün hәr zamankindәn daha güclüdür

•ABŞ-ın Avropada 100 000 mindәn çox hәrbçisi var

•Ukraynanı 5 әdәd yeni hava hücumundan müdafiә sistemi ilә tәmin edәcәk

•Putin Ukraynanı işğal etdiyi zaman NATO-nun parçalanacağını düşünürdü, ancaq NATO hazırda hәr zamankindәn daha güclüdür

• Rusiya bacarmayacaq, Ukrayna bacaracaq

Yuxarıdakı bəyanatlar Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydenə məxsusdur. Co Bayden NATO-nun 75-ci ildönümü münasibәtilә keçirilәn sammitdə NATO-nun əhəmiyyətini, gücünü və çəkindirmə imkanlarını qiymətləndirib. NATO uzun müddətdir ki, özünü yenidәn formalaşdırmağaçalışır. Xüsusilə müxtəlif Avropa dövlətlərinin öz hərbi və müdafiə prioritetləri ilə bağlı yeni həll yolları axtardığı bir dövrdә NATO ilə bağlı qeyri-müəyyənliklər artmışdı. Emmanuel Makronun məşhur “NATO beyin ölümü keçirdi’’ ifadәlәri vəziyyətin ciddiliyinә işarә edir. Ancaq Rusiyanın Ukraynaya hücum etmәsi NATO-nun әhәmiyyәtini göstәrdi. Vladimir Putinin böyük strateji sәhv edәrәk Ukraynaya hücum etmәsi NATO-nu hәrәkәtә keçirdi vә Rusiya tәhlükәsinin qarşısını almaq üçün addımlar atmasına sәbәb oldu.

Əslində müvafiq siyasətin memarları yenә Anqlosakson ölkələri, ABŞ və Böyük Britaniya idi, lakin kontinental Avropa da bu strategiyanın bir hissəsi olmalı idi. Beləliklə, ABŞ ilә Böyük Britaniya bir tərəfdən Rusiyanı ağır sanksiyalarla sıxışdırdı, digər tərəfdən dә transatlantik münasibətləri ABŞ-ın xeyrinə yenidən qurmağı bacardı. Lakin bu riskli siyasətin öz nəticələri də var.

BelәliklәRusiya getdikcə Çinə yaxınlaşdı vә Şanxay Əməkdaşlıq Təşkilatının bəzi üzvləri ilә ABŞ-a qarşı Çin-Rusiya ittifaqını qurmağa başladı. Qlobal sistem hibrid dövrdə olsa da, qütbləşmənin əlamətləri hər gün daha qabarıq şəkildə özünü büruzə verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
1
sia.az

10Источники