AZ

Dünyanın ən varlı adamlarının reytinqində ilk üçlük dəyişdi


LVMH şirkətinin sahibi Bernard Arnault “Bloomberg” tərəfindən dərc olunan və əsasən, şirkət səhmlərinin dəyərinə əsasən hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə (Bloomberg Billionaires Index) görə, dünyanın ən varlı adamları arasında ilk üçlükdən çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, “X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 235 milyard dollar sərvətlə reytinqin lideri olaraq qalır.
Amerikalı onlayn pərakəndə satış şirkəti “Amazon”un təsisçisi Ceff Bezos isə ikinci yeri tutmaqda davam edir. Onun sərvəti 193 milyard dollar qiymətləndirilir.
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq 188 milyard dollar sərvətlə üçüncü yerə yüksəlib. Bir gün əvvəl onun sərvəti 183 milyard dollar qiymətləndirilirdi.
LVMH şirkətinin sahibi, fransız Bernard Arnault isə 184 milyard dollarlıq sərvətlə reytinqdə dördüncü yerə düşüb.
Beləliklə, dünyanın ən varlı üç adamı ABŞ vətəndaşıdır. Eyni zamanda, reytinq cədvəlinə görə, Arnault ilk onluğa daxil olan yeganə qeyri-amerikalıdır.
Qeyd edək ki, “Bloomberg” 2012-ci ilin mart ayından etibarən planetin ən varlı 500 adamının sərvəti haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
22
yeniavaz.com

10Mənbələr