AZ

Azərbaycanlılar ən çox haraya uçurlar - ƏN ÇOX VƏ ƏN AZ UÇUŞ OLAN – ÖLKƏLƏR, SİYAHI

Azərbaycandan xaricə təyyarə səfərləri sürətlə artır.

Şirkətlər müharibə qorxusu ilə İrana və İsrailə - UÇUŞLARI DAYANDIRIRLAR - SİYAHI

FED.az xəbər verir ki, 2024-cü ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə cəmi 15 minə yaxın, daha dəqiqi 14 915 uçuş həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il uçuşların sayı 16% və ya 2500 dəfə artıq olub. Xatırladaq ki, 2023-cü ilin ilk 7 ayı ərzində Azərbaycandan fərqli ölkələrə 12 369 dəfə uçuş baş vermişdi.

Bu il ən çox uçuşlar turizm mövsümündə – may-iyun-iyul aylarında qeydə alınıb.

1. Rusiya

2024-cü ilin ilk 7 ayında Azərbaycandan uçuşların ən çox həyata keçirildiyi ölkə Rusiya Federasiyası olub - 4 342 uçuş. Başqa sözlə, Azərbaycandan Rusiyaya gündə 20-dən artıq təyyarə yollanır. Rusiyaya Azərbaycandan ayda 500-600 təyyarə uçur, son 2 ayda uçuşların sayı 700-ü keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya uçuşlar təqribən 10% artıb.

2. Türkiyə

Uçuşların sayına görə, 2-ci yeri Türkiyə tutur – qardaş ölkəyə 7 ayda 3322 təyyarə uçub – təqribən gündə 16 uçuş. Türkiyəyə Azərbaycandan ayda 400-500 təyyarə uçur, amma amma iyulda bu rəqəm 700-ü keçib. Ötən ilin eyni dövrünə nisbətən Türkiyəyə uçuşların sayında 150 artım var.

3. Birləşmiş Ərəb Əmirlikləri

Azərbaycandan ən çox uçuş olan 3-cü ölkə Birləşmiş Ərəb Əmirlikləridir. İlk 7 ayda Dubay və onun ətrafına 1 752 uçuş həyata keçirilib. Ümumiyyətlə ölkəmizdən Dubaya ayda 200-300 uçuş edilir. Dubaya uçuşların sayında son 1 ildə 30%-ə yaxın artım var.

4. Gürcüstan

Qonşu Gürcüstan bəlkə də yeganə ölkədir ki, azərbaycanlıları oraya uçarkən əsəbiləşirlər. Sərhədlərin açıq dövründə Gürcüstana təyyarə ilə səyahət ağlagəlməz idi və avtomobillə çox ucuz başa gəlirdi. İndi isə başqa ölkələrə Gürcüstan üzərindən səyahət etmək üçün də Tbilisiyə hava yolu ilə getmək lazım gəlir. Ölkəmizdən Gürcüstana 7 ayda 1 163 dəfə uçuş olub – buraya uçuşlar ayda 200-ü keçmir. Əvvəlki ilin eyni dövrünə nisbətən bu ölkəyə uçuşların sayı 300  artıb.

5. Səudiyyə Ərəbistanı

Azərbaycanlıları cəlb edən daha bir ərəb ölkəsi Səudiyyə Ərəbistanıdır. İlk 7 ayda bu ölkəyə 508 təyyarə reysi baş tutub. Adətən bu ölkəyə uçuşların sayı ayda 40-70 arasında olur, amma son iki ayda bu rəqəm 120-yə yaxınlaşıb. Hərçənd əvvəlki illə müqayisədə Səudiyyəyə uçuşlar azalıb – əvvəlki il 533 uçuş olmuşdu.

Artıb-azalmalar

Qeydedək ki, uçuşların ən çox olunduğu sadalanan 5 ölkə üzrə keçən ilin eyni vaxtı ərzində müvafiq olaraq Rusiya Federasiyası istiqamətində 3 890 uçuş, Türkiyə istiqamətində 3 098 uçuş, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində 1 316 uçuş, Gürcüstan istiqamətində 861 uçuş və Səudiyyə Ərəbistanı istiqamətində 533 uçuş reallaşdırılıb.

Rəqəmlərə nəzər saldıqda 2023-cü ilə nəzərən uçuşların ən çox olduğu ölkələr cərgəsində yalnız Səudiyyə Ərəbistanı istiqamətində edliən uçuşların sayında müəyyən qədər azalma müşahidə edilib. 2023-cü ilin eyni dövründə 533 uçuş, bu il isə 25 uçuş daha az olaraq 508 uçuş qeydə alınıb, digər dörd ölkə üzrə isə saylar artıb.

Azərbaycandan ən az uçuş olan ölkələr

Azərbaycandan ən az uçuşlar isə Qırğızıstan, Latviya, Oman, İsveçrə və Yunanıstan ölkələri istiqamətində qeydə alınıb.

Bu 7 ayda Azərbaycandan Qırğızıstana cəmi 16 dəfə uçuş olub. Latviyaya 13 dəfə, Omana 12 dəfə, İsveçrəyə 10 dəfə və Yunanıstana bu dövrdə cəmi 1 dəfə olub.

Qeyd edək kİ, 2023-cü ilin 7 ayı ərzində Qırğızıstana edilən uçuşlar 2, Latviyaya edilən uçuşlar 22 və Omana edilən uçuşlar 9 təşkil edib. Keçən il İsveçrə və Yunanıstan istiqamətində 7 ay ərzində uçuş həyata keçirilməyib.

Bu il üzrə müvafiq olaraq uçuşların həyata keçirildiyi ölkələr və aylar üzrə uçuş sayları aşağıdakı cədvəldə :

Ölkələr

Yanvar

Fevral

Mart

Aprel

May

İyun

İyul

Cəmi

Rusiya

574

484

524

626

689

727

718

4342

Türkiyə

425

374

410

433

457

521

702

3322

Birləşmiş Ərəb Əmirlikləri

251

225

240

247

268

291

230

1752

Gürcüstan

176

138

157

158

169

173

192

1163

Səudiyyə Ərəbistanı

71

59

51

57

40

117

113

508

Qazaxıstan

52

45

70

59

70

87

77

460

Hindistan

44

40

51

56

62

60

60

373

Qatar

51

53

44

45

49

50

52

345

Küveyt

39

37

12

31

31

37

43

230

Özbəkistan

32

28

36

38

39

45

28

246

İsrail

1

5

44

54

55

54

55

268

İtaliya

30

27

33

27

25

28

30

200

Almaniya

22

23

9

25

28

28

27

162

Pakistan

18

16

12

21

21

25

38

151

Birləşmiş Krallıq

17

12

19

24

27

24

26

149

Belarus

31

25

8

18

22

20

22

146

Polşa

17

16

21

20

22

21

21

138

Çin

20

13

20

22

20

20

11

114

Moldova

8

8

9

13

14

21

22

95

Macaristan

13

12

13

12

14

13

12

89

Çex Respublikası

11

8

13

12

13

13

13

82

Bahreyn

12

12

11

12

13

9

12

81

Avstriya

8

12

12

12

13

12

11

80

Fransa

9

8

8

11

11

11

11

79

İspaniya

9

8

9

9

8

10

13

78

İraq

6

9

9

8

9

8

14

63

İran

9

6

8

9

8

7

7

53

Misir

5

4

6

4

6

9

9

43

Montenegro

   

5

14

18

 

37

Rumıniya

    

8

9

 

17

Bolqarıstan

   

7

9

  

16

Qırğızıstan

   

7

9

  

16

Latviya

      

13

13

Oman

 

 

 

 

4

8

12

12

İsveçrə

5

3

1

 

1

 

 

10

Yunanıstan

 

 

 

1

 

 

 

1

Cəmi

1968

1703

1820

2056

2231

2492

2645

14915

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
fed.az

10Mənbələr