AZ

Ən çox borcu olan ölkələrin adı açıqlandı

Yazını böyüt
Yazını kiçilt

Borclanma ölkələr üçün iqtisadi artım və inkişaf məqsədlərinə çatmaq üçün mühüm alət ola bilsə də, həddindən artıq borclanma davamlılıq baxımından ciddi risklər daşıyır.

Hafta.az-ın yazdığına görə, “Globalfirepower” 2024-cü ilə qədər ən çox borcu olan ölkələrin siyahısını açıqlayıb. Bəs ən çox borcu hansı ölkələrin var?

Siyahıda ilk yeri tutan ABŞ-ın 20,2 trilyon dollar, ikinci olan Böyük Britaniyanın 8,72 trilyon dollar, üçüncü pillədə qərarlaşan Fransanın 6,35 trilyon dollar borcu var.

Siyahıda dördüncü yerin sahibi olan Almaniyanın 5,6 trilyon dollar, beşinci olan Niderlandın borcu isə 4,34 trilyon dollardır.

Çox maraqlıdır ki, borcu olanlar ancaq iri iqtisadiyyatlar deyil. Altıncı pillədə yer tutan Avropanın cırtdan knyazlığı olan Lüksemburqun borcu 4,3 trilyon dollara yüksəlib. Yeddinci yerdəki Yaponiyanın borcu 4,2 trilyon dollar, səkkizinci yerin sahibi Avstraliyanın borcu 3,1 trilyon dollar, doqquzuncu yerdə qərarlaşan İrlandiyanın borcu 3 trilyon dollar, ilk onluğu bağlayan İtaliyanın borcu isə 2,5 trilyon dollardır.

Siyahı daha sonra belə davam edir: İspaniya 11-ci yer (2,3 trilyon dollar), Kanada 12-ci yer (2,1 trilyon dollar), Çin 13-cü yer (2,02 trilyon dollar), İsveçrə 14-cü yer (2 trilyon dollar), Sinqapur 15-ci yer (1,5 trilyon dollar), Belçika 16-cı yer (1,3 trilyon dollar), Avstriya 17-ci yer (700 milyard dollar), Braziliya 18-ci yer (700 milyard dollar), Norveç 19-cu yer (651 milyard dollar), Finlandiya 20-ci yer (600 milyard dollar), Hindistan 21 ci yer (550 milyard dollar), Danimarka 22-ci yer (505 milyard dollar), Rusiya 23-cü yer (500 milyard dollar)..

Siyahıda 27-ci olan qardaş ölkə Türkiyənin borcu 455 milyard dollardır. Hansı ki, siyahıda 24-cü olan, Türkiyədən dəfələrlə kiçik ölkə Yunanıstanın borcu Rusiyanınkı ilə eynidir – 500 milyard dollar.

Dünyanın neft maqnatlarından olan Birləşmiş Ərəb Əmirliklərinin borcu 240 milyard dollar, Səudiyyə Ərəbistanının borcu 204,1 milyard dollardır, Qətərin borcu isə 170 milyard dollardır. 

Türk dövləti Qazaxıstanın borcu 160 milyard dollardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
22
hafta.az

10Mənbələr