Dünyada baş verən siyasi-iqtisadi hadisələr yerli bazarda da qiymətlərin dəyişməsinə səbəb olur. Növbəti bahalaşma dalğası gözlənilirmi və çıxış yolu nədir?
İqtisadçı-ekspert Rəşad Səfiyev Hit.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, oktyabr-noyabr aylarında yenidən qiymət artımı gözlənilir.
Hərçənd çox ekspertlərin proqnozlaşdırdığı kimi yayda da qiymət artımında səngimə müşahidə olunmadı. Mövsümi meyvə - tərəvəzlər həmişəkindən baha qiymətə satışa çıxarıldı. Təəssüf ki, bizdə süni qiymət artması daha çoxdur.
"Yanacağın qiyməti 1% artanda, məhsulun qiyməti 10% artır, sui-istifadə halları çoxalır və bunu edən də hökumət deyil. Süni qiymət artımının qarşısını almaq lazımdır. Gərək dövlət bununla bağlı dotasiya versin. Buna ciddi nəzarət lazımdır”,- deyə o bildirib.
Murad