AZ

600 minlik avtobus tələbi... - Daşıyıcı şirkətlər bağlana bilər?

“Daşıyıcı şirkətlər hazırda paytaxtda bir sərnişinin daşınma xərcinin təxminən 60-70 qəpiyə başa gəldiyini bildirilər. Amma gedişhaqqı əvəllər 40, iyulun 1-dən isə 50 qəpikdir. Daşıyıcı şirkətlər borc içindədir. Onların özəl şirkət olaraq inkişaf etmək imkanları məhdudlaşır. Son illərdə avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib və ən çox da ehtiyat hissələrinin, sürtkü yağlarının qiyməti bahalaşıb. İctimai nəqliyyatda gedişhaqqı isə təxminən eyni qalmışdı. İyulun 1-dən qiymət artırıldı. Məsələ dövlət tərəfindən tənzimləndiyi üçün o qədər də böyük bir artım olmadı”.   Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.  O bildirib ki, yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir: “Daşıycı şirkətlər qarşısında tələblər qoyulur ki, yeni və komfortlu, xüsusilə də elektrikli avtobuslar alsınlar. Elektrikli avtobusların qiyməti isə kifayət qədər bahadır. Bir avtobus, təxminən, 600 min manat dəyərindədir. Qoyulan tələblərin qarşısında daşıyıcı şirkətlər çətin vəziyyətdə qalır. 600 min manatı ödəmək çox çətindir. Gedişhaqqını 50 qəpik etmək daşıyıcı şırkətlərə dəstəkdir”. 

Seçilən
131
13
turanpress.com

10Mənbələr