AZ

Deputat bahalaşma haqda: "Beynəlxalq müqavilələr bunu tələb edir”

“Dünyada qiymətlərin artması sözsüz ki, Azərbaycana da təsir göstərir. İdxal etdiyimiz bir çox məhsulların qiyməti artır. Bu da yerli bazarda qiymətlərin yüksəlməsinə səbəb olur”.Gender.Az bildirir ki, bunu Bakupost.Az-a millət vəkili Tahir Rzayev deyib.O bildirib ki, bu gün dünyada taxıl və ərzaqlıq buğdanın qiymətində müəyyən artımlar müşahidə olunur:"Şübhəsiz ki, hökumət bu məsələlərlə bağlı tənzimləyici tədbirlər həyata keçirir”.Millət vəkili vurğulayıb ki, bu günlərdə Tarif Şurasının qiymətlərlə bağlı verdiyi yeni qərar dünyada gedən proseslər, eləcə də qiymət artımı ilə əlaqədardır:“Çünki Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr və əməkdaşlıqlar bunu tələb edir”.

Seçilən
156
29
gender.az

10Mənbələr