RU

"Qiyməti od tutub yanan" türklər - AVRO-2024 sonrası bazar

Avropa Çempionatı ilə vidalaşan Türkiyə milli komandasının bir çox futbolçusu uğurlu çıxışı ilə dünyanın diqqətini çəkməyi bacardı. Xüsusilə, Arda Güler, Ferdi Kadıoğlu, Barış Alper Yılmaz, Mert Müldür və Merih Demiralın bazar dəyəri yüksəlib. 

Apasport.az bu futbolçularla bağlı araşdırmanı təqdim edir.

Turniri 1 qol, 2 qol ötürməsi ilə başa vuran Arda Gülerin bazar qiyməti 55 milyon avroya çatıb. Bu barədə Türkiyənin idman nəşrləri məlumat yayıblar. “Real Madrid”in 19 yaşlı futbolçusu çempionatda 88 faizlik ötürmə dəqiqliyi ilə oynayıb.

“Fənərbaxça”da uğurlu mövsüm keçirən Ferdi Kadıoğlunu Avropa Çempionatında bir çox xarici klub yaxından izlədi. Daha çox “Borussiya Dortmund” və “Arsenal”ın adı oyunçu ilə birgə çəkilir. İstanbul təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo futbolçunu əldən buraxmaq istəməsə də, komandasının onun üçün minimum 40 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi ehtimallar arasındadır.

Hollandiya ilə görüşdə dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən hesab edilən Van Dayka çətin anlar yaşadan Barış Alper Yılmaz da qiymətini artıran futbolçulardandır. “Mançester Yunayted” və “Brayton”un göz dikdiyi oyunçunun minimum 25 milyon avroya satıla biləcəyi bildirilir. 

Gürcüstan millisinə vurduğu qol həftənin qolu seçilən Mert Müldür isə həm müdafiədəki çıxışı, həm də hücuma verdiyi dəstəklə dəyərini artırıb. Onun hazırki qiyməti 15 milyon avrodur. 

Türkiyə millisinin Avropa Çempionatında əsas simalarından birinə çevrilən Merih Demiral transferi üçün ən çox ödəniş edilmiş türk futbolçu ünvanını əlində saxlayır. Onun hazırki dəyəri isə 20 milyon avro kimi qiymətləndirilir. Rəqiblərindən 16 dəfə topu almağı bacaran mərkəz müdafiəçisinin ötürmələrinin 70 faizi ünvana çatıb.   

 

ADİL NƏHMƏTLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
149
4
apasport.az

10Источники