AZ

Nəhənglərin istədiyi futbolçunun transfer qiyməti açıqlandı

"Fənərbaxça"nın ulduzu Ferdi Kadıoğlu transferi üçün bir sıra Avropa klubları hərəkətə keçib. Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Sevilya” klubu da futbolçu üçün təklif irəli sürüb. Bildirilir ki, “Sevilya” “Brighton”un 25 milyon avroluq təklif etdiyi Ferdi Kadıoğlu üçün 27 milyon təklif edib. Ferdiyə isə 2,5 milyon avroluq müqavilə təklif olunub. "Fənərbaxça" “Arsenal” klubunun da maraq göstərdiyi iddia edilən Ferdinin aşağı qiymətə satmaq istəmir. Məlumata görə, "Fənərbaxça" futbolçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, "Fənərbaxça"nın baş məşqisi Joze Mourinyo Ferdi Kadıoğlunun klubda qalması barədə hesabat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
metbuat.az

10Mənbələr