AZ

“Çelsi” MLS-dən 19 yaşlı müdafiəçi ilə razılaşdı

“Çelsi” dünyanın hər yerindən gənc istedadları cəlb etməkdə davam edir, onlarla uzunmüddətli müqavilələr imzalayır. Matc.az xəbər verir ki, London klubu “Atlanta Yunayted”ın 19 yaşlı sol cinah müdafiəçisi Kaleb Uaylinin transferi ilə bağlı razılığa gəlib. Transfer məbləği 10 milyon avro olacaq və futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanacaq. Uayli əvvəlcə “Çelsi”də oynamayacaq. O, Todd Boelinin də sahibi olduğu “Strasburq”da icarə əsasında çıxış edəcək. Uayli MLS-in ən böyük istedadlarından biri hesab olunur. Bu mövsüm o, “Atlanta Yunayted”də 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Gənc istedad ABŞ millisində də 2 oyunda meydana çıxıb. Qeyd edək ki, Uayli bu yay Paris Olimpiadası üçün ABŞ Olimpiya komandasının heyətində olacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
matc.az

10Mənbələr