AZ

"Fənərbaxça"da ayrılıq

“Fənərbaxça”nın futbolçusu Rayan Kent komandanı tərk edə bilər.

Kentin bu ay komandadan ayrılıb, ölkəsinə qayıtmaq ehtimalı yüksəkdir. Apasport.az xəbər verir ki, bu barədə məlumatı “Daily record” paylaşıb.

Təcrübəli oyunçu ilə üç ingilis klubu maraqlanır. Bunlardan biri “İpsviç Taun”dur, digər iki komandanın adı isə açıqlanmayıb.

Türkiyə nəhənginin böyük ümidlərlə transfer etdiyi sol cinah vingeri ötən mövsüm kifayət qədər forma şansı əldə etməyib. O, ümumilikdə 18 oyunda meydana çıxıb, 1 qol, 2 məhsuldan ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Fənərbaxça” ilə müqaviləsi 2027-ci ilə qədərdir.  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
apasport.az

10Mənbələr