RU

Qaraçay-Çərkəz Respublikasında niqab qadağan edilib

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tass.ru məlumat yayıb.

“Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib, şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır”, – deyə Berdiyev bildirib.

Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib.

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bildirib ki, qadağa müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər müvəqqətidir.

Qeyd edək ki, bir neçə gün öncə Dağıstanda niqab qadağan olunub.

Избранный
101
3
nocomment.az

10Источники