Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.
“Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib, şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır”, - deyə Berdiyev bildirib.
Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib.
Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bildirib ki, qadağa müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər müvəqqətidir.
Qeyd edək ki, bir neçə gün öncə Dağıstanda niqab qadağan olunub.