AZ

Rusiyanın daha bir bölgəsində niqaba QADAĞA QOYULDU

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bölgədə niqab taxmağı müvəqqəti olaraq qadağan etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının müftisi və Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bu məlumatı “İnterfaks”a təsdiqləyib.

“Qaraçay-Çərkəz Müsəlmanlarının Ruhani İdarəsi müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər Rusiyada müasir şəraitdə niqab taxmağı qadağan edir”, - deyə Berdiyev izah edib.

Bu qərar Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Müftilər Şurasının hicab və niqabla bağlı qərarına əsasən qəbul edilib .

Şimali Qafqaz Müftiliyinin nümayəndələri niqabla bağlı mövqelərini ifadə edərək, İslam alimlərinin əksəriyyətinin ondan istifadənin istəyə bağlı olması fikrini dəstəkləyiblər.

Seçilən
94
10
publika.az

10Mənbələr