AZ

Rusiyanın bu regionunda da niqab qadağan edildi

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.

“Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib. Şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır”, - deyə Berdiyev bildirib.

Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib və müvəqqətidir.

Qeyd edək ki, bundan öncə Dağıstanda da niqabın qadağa edildiyi barədə məlumat yayılmışdı.

Seçilən
134
3
axar.az

10Mənbələr