RU

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

A.Mirzoyan:

Tbilisi, 3 iyul, AZƏRTAC

Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir.

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, - deyə Mirzoyan vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
11
azertag.az

10Источники