AZ

Mirzoyan: “Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırıq”

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. 

Mirzoyan qeyd edib ki, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir:

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”.

 


Seçilən
108
11
news365.az

10Mənbələr